Mərkəzi Asiyada sərhəd və enerji sahəsində tarixi əməkdaşlıq

2025-ci ilin martında Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri üç ölkənin sərhədlərinin kəsişmə nöqtəsinə dair razılaşma və Xocənd bəyannaməsi — əbədi dostluq sənədini imzalayıblar. Bu, regionda əməkdaşlıq və sülhün möhkəmləndirilməsi üçün önəmli addımdır.
Crossmedia.az CNN TÜRK agentliyinə istinadla xəbər verir
Həmçinin, Özbəkistan və Tacikistan arasında müttəfiqlik haqqında saziş qüvvəyə minib. Yaxın günlərdə oxşar sənədin Özbəkistan və Qırğızıstan arasında da imzalanacağı gözlənilir.
Regionun enerji müstəqilliyini artırmaq məqsədilə Tacikistan və Qırğızıstan enerji sistemləri birləşdirilib. İki ölkə arasında Sugd-Datka elektrik xətti istifadəyə verilib və enerji şəbəkələri vahid sistemə qoşulub. Bu addım regional enerji təhlükəsizliyini gücləndirir.
Nigar Rəhimova
17:19 07.06.2025
Oxunuş sayı: 1212