TWP: “Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində strateji hədəflərə qarşı əməliyyatlara hazırlaşır”

The Washington Post nəşrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində mürəkkəb hərbi əməliyyatlara hazırlıq aparır.
Crossmedia.az məlumata əsasən xəbər verir ki, Ukrayna tərəfi Rusiya Federasiyasının Sakit okean donanması və digər strateji obyektlərinə zərbələr endirməyi planlaşdırır. Məqsəd Rusiya hərbi potensialına və kritik infrastruktura maksimum təsir göstərməkdir.
Hazırda əməliyyatların dəqiq vaxtı və detalları açıqlanmır.
Mədinə Cəlilova
04:10 07.06.2025
Oxunuş sayı: 1079