Ağ Ev Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün Senata təzyiq göstərir

The Wall Street Journal nəşrinin yazdığına görə, Ağ Ev ABŞ Senatına təzyiq göstərərək Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasını və onların tətbiqi üzərində sabiq Prezident Donald Trampa nəzarət imkanı verilməsini istəyir.
Crossmedia.az xəbər verir ki, məlumata əsasən, administrasiya bu dəyişikliyin gələcəkdə mümkün siyasi razılaşmalar üçün manevr imkanını artıracağını düşünür. Müzakirələr, ABŞ-nin sanksiya siyasətində əsaslı dəyişikliklərin gündəmdə olduğunu göstərir.
Mədinə Cəlilova
00:00 07.06.2025
Oxunuş sayı: 941