Honqkonqda “Tramp – prezident-əkiz” adlı siyasi tamaşa səhnələşdirildi

Honqkonqda ABŞ-də baş vermiş tarixi diplomatik hadisəyə əsaslanan yeni səhnə əsəri tamaşaya qoyulub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tamaşada 2019-cu ildə Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin senator Cey Di Vens və ABŞ Prezidenti Donald Trampın hörmətsiz davranışına sərt reaksiya verməsi təsvir olunur.
“Tramp – prezident-əkiz” adlı pyes ilk dəfə 2019-cu ildə yazılıb və o vaxtdan bəri süjet xətti dünya siyasi səhnəsində baş verən hadisələrə uyğun olaraq daim yenilənib. Tamaşa Honqkonq ictimaiyyətində maraqla qarşılanıb və siyasi satira elementləri ilə seçilir.
Mədinə Cəlilova
23:20 06.06.2025
Oxunuş sayı: 1056