İlon Maskdan Bennona sərt cavab: “Əqli cəhətdən geri qalmısan”

ABŞ-li milyarder və “X” sosial şəbəkəsinin sahibi İlon Mask, Prezident Donald Trampın sabiq baş müşaviri Stiv Bennonun onun barəsində səsləndirdiyi fikirlərə sərt şəkildə cavab verib.
Crossmedia.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Bennon iddia edib ki, Mask ABŞ-də qanunsuz şəkildə yaşayır və deportasiya olunmalıdır.
O, həmçinin milyarderin narkotik vasitələrdən istifadə edib-etmədiyinin araşdırılmasını təklif edib.
Mask isə bu açıqlamalara “X” platformasında qısa, lakin kəskin reaksiya göstərərək yazıb:
“Bennon, doğrudan da, əqli cəhətdən geri qalmısan”.
Qeyd edək ki, son günlərdə Mask və Tramp arasında açıq qarşıdurma müşahidə olunur.
21:45 06.06.2025
Oxunuş sayı: 898