Çexiya şirkəti Ukraynada artilleriya sursatları zavodunun tikintisini tamamlayır

Çexiyanın “Czechoslovak Group” (CSG) sənaye qrupu Ukrayna ərazisində artilleriya sursatlarının istehsalı üçün nəzərdə tutulan zavodun tikintisini yekunlaşdırmaq üzrədir.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkət rəsmi bəyanat yayıb.
Yeni zavodun qurulması ilə bağlı razılaşma 2023-cü ilin oktyabrında Ukraynanın “Ukrainska Bronetekhnika” (Ukrayna Zirehli Texnikası) şirkəti ilə imzalanıb. Sənədə əsasən, Ukrayna tərəfinə bir sıra döyüş sursatlarının istehsalı üzrə lisenziyalar təqdim edilib.
İstehsalı nəzərdə tutulan sursatlar bunlardır:
155 mm M107
155 mm L15
155 mm ER-BT/BB MKM/VMK
105 mm M1 HE
120 mm-lik tank mərmisi (model dəqiqləşdirilməyib)
CSG nümayəndələrinin sözlərinə görə, şirkət yalnız texnoloji xəttin qurulmasına və avadanlıqların hazırlanmasına məsuliyyət daşıyır. Layihənin digər təşkilati və əməliyyat məsələləri isə Ukrayna tərəfinin öhdəsinə verilib.
Zavodun dəqiq yerləşəcəyi ünvan açıqlanmasa da, CSG bildirir ki, obyekt raket hücumu riski minimal olan bölgədə inşa edilib. Layihənin məqsədi Ukraynanın yerli hərbi-sənaye potensialını gücləndirmək və döyüş sursatlarına olan ehtiyacını daha effektiv şəkildə qarşılamaqdır.
19:10 06.06.2025
Oxunuş sayı: 799