Macarıstanın Baş naziri Aİ-ni Rusiya ilə danışıqlara və münaqişənin həllinə çağırıb

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukrayna münaqişəsinin tez bir zamanda həllinə və Rusiya ilə silah nəzarəti, eləcə də iqtisadi əməkdaşlığın bərpası üzrə danışıqlara başlamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, hökumət başçısı bu barədə Kossuth Radiosunun səhər proqramında çıxışı zamanı danışıb.
“Rusiya ilə mümkün qədər tez təhlükəsizlik sazişi bağlamalıyıq. Əks halda, hər şey Brüsselin planlaşdırdığı kimi getsə, bütün maliyyə resurslarımız silahlanmaya sərf olunacaq”, – Orban bildirib.
Macarıstan lideri vurğulayıb ki, Avropa İttifaqının hazırkı strategiyası nə təhlükəsizliyi təmin edir, nə də dayanıqlı iqtisadi inkişafı dəstəkləyir.
Onun sözlərinə görə, bu yanaşma dəyişdirilməlidir.
18:30 06.06.2025
Oxunuş sayı: 855