Kremldən Tramp-Mask qarşıdurmasına maraqlı REAKSİYA

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Tramp ilə milyarder iş adamı İlon Mask arasında yaranmış mübahisəyə münasibət bildirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Kremlin rəsmi mövqeyinə əsasən, bu məsələ Birləşmiş Ştatların daxili işi sayılır və Moskva buna müdaxilə etməyi düşünmür.
"Bu, Birləşmiş Ştatların daxili məsələsidir. Biz bu prosesə heç bir şəkildə müdaxilə etməyəcəyik və onu şərh etməyəcəyik. Əminik ki, ABŞ Prezidenti bu vəziyyəti özü həll edəcək", - deyə Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, iyunun 5-də Tramp və Mask arasında sosial şəbəkələrdə açıq qarşıdurma yaşanıb. Mask açıqlamasında Trampın 2020-ci il prezident seçkilərində qalib gəlməsində öz təsirini vurğulayıb, eyni zamanda onun impiçmentini dəstəklədiyini bildirib. O, həmçinin ABŞ iqtisadiyyatında 2025-ci ilin ikinci yarısında resessiya (tənəzzül) baş verəcəyini proqnozlaşdırıb.
Buna cavab olaraq Tramp Maskı əvvəlki vəzifələrində – xüsusilə də dövlətin idarəetmə effektivliyinin artırılması sahəsində – məsuliyyətlərini yerinə yetirməməkdə ittiham edib. O, milyarder iş adamı barəsində “ağlını itirib” ifadəsini işlədib və Maskın rəhbərlik etdiyi şirkətlərə qarşı dövlət müqavilələrinin ləğvi və subsidiyaların dayandırılması ilə hədələyib.
Aybəniz Səfərova
17:24 06.06.2025
Oxunuş sayı: 1007