Matviyenko İrəvanda Paşinyanla uzunmüddətli görüş keçirib

Ermənistanda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş planlaşdırılandan xeyli uzun çəkib və əvvəlcə təkbətək formatda başlayaraq daha sonra geniş tərkibdə davam etdirilib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, görüşdə Ermənistan-Rusiya münasibətlərinin müxtəlif aspektləri, o cümlədən parlamentlərarası əməkdaşlıq, regional təhlükəsizlik və Avrasiya inteqrasiyası məsələləri müzakirə olunub.
Matviyenko münasibətlərin 30 illik tarixini vurğulayaraq, dostluq və əməkdaşlıq sazişlərinin əhəmiyyətindən danışıb. Paşinyan isə MDB, KTMT və Aİİ çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. Matviyenkonun İrəvan səfəri çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla da görüş keçirilib.
Zəhra Ağayeva
17:10 06.06.2025
Oxunuş sayı: 868