ABŞ İrana uranın aşağı səviyyədə zənginləşdirilməsinə müvəqqəti icazə verib

ABŞ administrasiyası İrana uranı aşağı səviyyədə zənginləşdirməyə davam etməyə müvəqqəti icazə verib.
Crossmedia.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton bu addımı atmaqla eyni zamanda İranla regional zənginləşdirmə konsorsiumunun yaradılmasını müzakirəyə çıxarıb.
Hələlik İran tərəfinin bu təklifə rəsmi cavabı məlum deyil.
Qəzet yazır ki, Birləşmiş Ştatların bu təklifi, İranın hazırda sürətlə nüvə silahına yaxın zənginlik səviyyəsində uran istehsal etdiyi gərgin mərhələdən diplomatik yolla uzaqlaşdırılmasına və Vaşinqtonun əsas hədəfi olan – Tehranda uran zənginləşdirilməsinin tamamilə dayandırılması istiqamətində irəliləyişə yönəlib.
Məlumatda həmçinin qeyd olunur ki, ABŞ, İranın atom elektrik stansiyalarının inşasını asanlaşdırmaq niyyətindədir. Bundan əlavə, beynəlxalq əməkdaşlıq çərçivəsində uranın zənginləşdirilməsi obyektlərinin tikintisinə dair danışıqlara başlamaq təklif edilir.
19:52 05.06.2025
Oxunuş sayı: 1060