Tramp: "Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi"

Tramp Putinlə söhbətini yenidən dərc edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, orada deyilir:
"Mən Vladimir Putinlə telefondan indicə danışdım. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın aeredromda olan Rusiya təyyarələrinə hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin çox sərt şəkildə dedi ki, o, Ukraynaya və bu yaxınlarda aerodromdakı hücuma görə cavab verəcək.
İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxt daralır və mən prezident Putinə dedim ki, İran nüvə silahına sahib ola bilməz və buna görə razılaşdıq ki, o, İranla danışıqlara qatılacaq və bəlkə də bu danışıqları tez bir zamanda yekunlaşdırmağa kömək edəcək".
09:43 05.06.2025
Oxunuş sayı: 999