Ukraynanın hücumu ABŞ-də siqnal verdi: Çin yük gəmilərində nə gizlənir?

Ukraynanın Moskvaya qarşı həyata keçirdiyi uzun mənzilli PUA hücumu ABŞ-də təhlükə zənglərini çaldırıb. ABŞ mediasında yayılan məlumatlara görə, bu hücum nəticəsində Çin mənşəli yük gəmilərinin də oxşar təhdidlər yarada biləcəyi ilə bağlı narahatlıqlar artıb.
Crossmedia.az xəbər verir ki, “Newsweek” nəşrinin xəbərinə görə, Ukrayna ordusunun Moskvaya qədər çatan insansız hava vasitələri ilə təşkil etdiyi hücum Rusiyanın hava müdafiə sistemlərini keçərək ciddi uğur qazandı. Hadisə “Rusiyanın Pörl Harboru” olaraq dəyərləndirilib və ABŞ müdafiə ekspertlərini benzer bir hücumun Amerikanın öz ərazisində də baş verə biləcəyi düşüncəsi ilə narahat edib.
Təhlükəsizlik üzrə analitiklər bildirirlər ki, Çin mənşəli yük gəmilərində gizlədilmiş insansız hava vasitələri və ya qanadlı raketlər ola bilər. Bu silahların uzaqdan və ya zamanlayıcı vasitəsilə aktivləşdirilərək ABŞ limanlarında hücum məqsədilə istifadə olunması mümkündür.
Belə bir hücumun ABŞ-nin kritik infrastrukturuna ciddi ziyan vuracağı və milli təhlükəsizliyə təhdid yaradacağı vurğulanır.
Hazırkı vəziyyət ABŞ-ni Çinlə olan ticarət münasibətlərinə və liman təhlükəsizliyi siyasətlərinə yenidən baxmağa məcbur edə bilər. Ekspertlər, limanlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin, yük gəmilərinin daha ciddi nəzarətdən keçirilməsinin və müdafiə sistemlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edirlər.
Nəticə olaraq, Ukraynanın Moskvaya təşkil etdiyi PUA hücumu ABŞ-də Çin gəmilərinə potensial təhlükə kimi baxılmasına səbəb olub. Bu isə ABŞ-nin milli təhlükəsizlik siyasətlərində dəyişikliklərə və yeni qabaqlayıcı tədbirlərin görülməsinə yol aça bilər.
Mədinə Cəlilova
00:00 05.06.2025
Oxunuş sayı: 1198