Netanyahu istintaqda 1.788 dəfə “Yadımda deyil” dedi

İsrailin baş naziri Benyamin Netanyahu, barəsində aparılan korrupsiya işi üzrə ilk dəfə çıxarıldığı qarşılıqlı dindirmədə 1.788 dəfə “Yadımda deyil” cavabı verib və bunu “hər kəsin zaman-zaman yaddaş itkisi ola bilər, mənim belə” sözləri ilə müdafiə edib.
Crossmedia.az xəbər verir ki, “The Jerusalem Post” qəzetinin məlumatına görə, Netanyahu altı ay əvvəl ilk dəfə məhkəməyə çıxarılmasından sonra 3 iyun tarixində keçirilən qarşılıqlı dindirməni “bir zarafat” adlandırıb.
İstintaq ictimaiyyət arasında “1000 nömrəli dosye” kimi tanınan, Hollivud prodüseri Arnon Milchan və iş adamı Ceyms Pakerdən ümumilikdə 195 min dollar dəyərində bahalı siqar və şampan, həyat yoldaşı Sara Netanyahu üçün isə 3.100 dollar dəyərində zinət əşyası alma iddialarına fokuslanıb.
Çarpaz sorğuda prokuror Yonatan Tadmorun suallarına tam 1.788 dəfə “yadımda deyil” cavabı verən Netanyahu, bu davranışını yaddaş problemləri ilə əsaslandırıb.
İsrail Baş Prokuroru Aviçay Mandelblit, 21 noyabr 2019-cu ildə Netanyahu haqqında üç ayrı korrupsiya işi üzrə “rüşvət alma, etimada xəyanət və vəzifədən şəxsi məqsədlərlə istifadə” maddələri ilə cinayət işi açılmasını tələb etmişdi.
Vəzifədəykən mühakimə olunan ilk İsrail Baş naziri kimi tarixə düşən Netanyahunun ilk məhkəməsi 24 may 2020-ci ildə Qüds Bölgə Məhkəməsində baş tutmuşdu.
Netanyahu ifadə vermək üçün ilk dəfə 10 dekabr 2024-cü ildə Təl-Əviv Bölgə Məhkəməsində hakim qarşısına çıxmışdı. O, “1000”, “2000” və “4000” nömrəli sənədlər çərçivəsində rüşvət, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur.
Mədinə Cəlilova
23:40 04.06.2025
Oxunuş sayı: 1097