Böyük Britaniyadan Ukraynaya 100 min PUA dəstəyi

Böyük Britaniyanın müdafiə naziri Con Hili 2026-cı ilin aprel ayına qədər Ukraynaya 100 min pilotsuz uçuş aparatı (PUA) veriləcəyini açıqlayıb.
Britaniya müdafiə nazirliyi, Ukraynanın “Tor Şəbəkəsi Əməliyyatı” çərçivəsində Moskvanın strateji bombardmançı təyyarələrini məhv etməsindən sonra, Kiyevə PUA tədarükünü on dəfə artıraraq illik hədəfi 100 minə yüksəltdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin açıqlamasında bu hədəfin yalnız PUA-lar üçün 350 milyon funt sterlinq (təxminən 473 milyon dollar) investisiya demək olduğu qeyd olunub. Müdafiə naziri Con Hili 2025-ci ildə Ukraynaya ümumilikdə 4,5 milyard funt sterlinqlik (təxminən 6 milyard dollar) yeni hərbi yardım paketi təqdim olunacağını və ilin əvvəlindən bəri 140 min artilleriya mərmisinin təhvil verildiyini söyləyib.
Hili bildirib ki, Britaniya müdafiə şirkətləri Ukraynada hərbi əməliyyatlardan gündəlik dərslər çıxararaq, mülki vətəndaşları qorumağa və öz milli təhlükəsizliyimizi gücləndirməyə yönəlmiş inkişaf etmiş yeni pilotsuz uçuş aparatları hazırlayır.
Ukrayna kəşfiyyat xidmətlərinin iyunun birində Rusiya hərbi bazalarına kamyonlarla gizli şəkildə daxil edilən PUA-larla həyata keçirdiyi əməliyyat nəticəsində, aralarında nüvə daşıma qabiliyyətinə malik strateji bombardmançıların da olduğu 41 təyyarənin məhv edildiyi və təxminən 7 milyard dollarlıq ziyan vurulduğu açıqlanıb.
Ukraynanın bu əməliyyatı pilotsuz uçuş aparatlarının dövrünü başladıb. Müasir müharibə artıq yalnız cəbhələrlə məhdudlaşmır, coğrafi məsafə təhlükəsizlik anlamına gəlmir. Texnologiya və yaradıcılıq ənənəvi üstünlüyü dəyişdirə bilir.
Mədinə Cəlilova
23:00 04.06.2025
Oxunuş sayı: 1234