Zelenski: “İstanbul danışıqlarının davam etməsi mənasızdır”

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlardan çıxmağa eyham vurub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Rusiya ilə aparılan danışıqların həll yollarına gətirib çıxarmayacaq səviyyədə olduğunu bildirib.
Zelenskinin sözlərinə görə, Moskva vaxtında atəşkəsə razılıq versəydi, son hücumun qarşısını almaq mümkün olardı. O, həmin zərbələr nəticəsində 41 Rusiya təyyarəsinin zədələndiyini, onların yarısının təmirinin mümkün olmadığını deyib.
Prezident liderlərin görüşündən əvvəl atəşkəsin elan edilməsini təklif etdiklərini, lakin Rusiya tərəfinin bu təklifi qəbul etmədiyini vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna istənilən vaxt sülh danışıqları üçün sammitə hazırdır, lakin Rusiyanın irəli sürdüyü şərtlər qəbuledilməzdir.
Aybəniz Səfərova
21:07 04.06.2025
Oxunuş sayı: 1567