Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, danışıq zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan yaxın dövrdə Türkiyə-İran əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində addımların davam etdiriləcəyini vurğulayıb.
O, həmkarını Qurban bayramı münasibətilə təbrik edib.
20:52 04.06.2025
Oxunuş sayı: 1143