ABŞ İrana ultimatum verdi: Təklif qəbul edilməzsə, sərt nəticələr qaçılmaz olacaq!

ABŞ Prezidenti Donald Trampın administrasiyası İran İslam Respublikasına konkret və məqbul təklif irəli sürüb.
Crossmedia.az-ın xarici mənbəyə istinadən verdiyi xəbərə görə, Ağ Evin sözçüsü Karolin Levit çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, Tehran bu təklifi qəbul etməzsə, ciddi nəticələrlə üzləşəcək:
“Prezident bunu dəfələrlə vurğulayıb. İran rejiminə geniş və əlverişli təklif təqdim olunub. Qəbul edilmədiyi təqdirdə, ABŞ-nin cavabı sərt olacaq”.
K.Levit həmçinin D.Trampın “Truth” sosial şəbəkəsindəki paylaşımına diqqət çəkib və qeyd edib ki, prezidentin mövqeyi son dərəcə aydındır və bu, onun şəxsi baxışıdır. Təklifin qəbul ediləcəyi gözlənilir, əks təqdirdə nəticələr qaçılmaz olacaq.
Təklifin detalları açıqlanmasa da, məsələ Yaxın Şərqdəki geosiyasi gərginlik fonunda beynəlxalq diqqət mərkəzində qalır.
20:47 04.06.2025
Oxunuş sayı: 1268