Ermənistanda gərginlik səngimir: Paşinyan Apostol Kilsəsini tənqid edib

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Erməni Apostol Kilsəsini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, hökumət başçısı yüksək rütbəli ruhanilərin bir hissəsinin xalqdan uzaq olduğunu bildirib.
“Erməni Apostol Kilsəsi xalqın kilsəsidir, hər birimizin kilsəsidir. Təəssüf ki, bəzi ruhanilər bunu dərk etmir”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir eyni zamanda subaylıq andının pozulması məsələsinə toxunaraq bildirib ki, bu hal kilsənin mənəviyyatına kölgə salır:
“Subaylıq andını pozan ruhanilər mənəvi xidmətə davam edə bilməzlər”.
N.Paşinyan həmçinin uzun müddətdir ki, erməni kilsəsi və Katolikos II Qareginlə bağlı tənqidi mövqeyini davam etdirir. O, Katolikosun subaylıq andını pozub-pozmadığına dair suala aydın cavab verilməsinin vacibliyini bildirib.
“Əgər II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz”, – deyə Ermənistan Baş naziri qeyd edib.
19:46 04.06.2025
Oxunuş sayı: 1335