CNN: “Nüvə danışıqlarının növbəti mərhələsi ümumiyyətlə baş tutmaya bilər”

Adı açıqlanmayan İran rəsmisi ABŞ-nin yeni təklifini “uyğunsuz, tamamilə qeyri-real və həddindən artıq tələblərlə dolu” olduğunu söyləyib.
Bu barədə Crossmedia.az "CNN" telekanalına istinadən məlumat verir.
İran rəsmisinin sözlərinə görə, təqdim olunan mətn danışıqların beşinci raundunda əldə olunmuş razılaşmalara ziddir. İranın zənginləşdirmə ilə bağlı mövqeyi qəti və dəyişməzdir.
“Hər iki tərəf danışıqları tezliklə bərpa edəcəklərini açıqlasa da, məlumatlı mənbələr hazırda danışıqların növbəti raundunun son dərəcə qeyri-müəyyən olduğunu və ümumiyyətlə baş tutmaya biləcəyini deyirlər”, - telekanal qeyd edib.
10:18 04.06.2025
Oxunuş sayı: 1225