Rusiya GigaChat süni intellekt modelini Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Bakanov GigaChat süni intellekt modelinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Rusiyanın Nijni Novqorod şəhərində keçirilən “CIPR 2025” konfransında çıxışı zamanı danışıb.
Bakanovun sözlərinə görə, Rus kosmonavtları süni intellektlə dəstəklənəcək:
“GigaChat-ı BKS-ə göndərəcəyik. Növbəti insanlı kosmik səfər payızda, daha sonra isə mart ayında planlaşdırılır. Bu prosesi payıza qədər yekunlaşdırmaq istəyirik”.
Qeyd edək ki, GigaChat süni intellekt modeli Rusiyanın ən böyük bankı olan Sberbank tərəfindən 2023-cü ildə hazırlanıb və “ChatGPT”yə Rusiya alternativi kimi təqdim olunur.
23:14 03.06.2025
Oxunuş sayı: 1572