Erməni Kilsəsi: “Qaregin II-nin övladı bizə aid olan işdir, siz qarışmayın!”

Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan bildirib ki, Eçmiədzin Qaregin II-nin övladı olması ilə bağlı yayılan məlumatı təkzib etməyib. Bu barədə o, şəxsi sosial media hesabında açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
“Kilsə nümayəndələri bunun əvəzinə bildirirlər ki, bu məsələ kilsənin daxili işidir və kilsə qaydalarına uyğun şəkildə həll olunacaq. Başqa sözlə, ‘bu sizi maraqlandırmamalıdır, biz özümüz qərar verəcəyik’ demək istəyirlər,” – deyə Çaxoyan qeyd edib.
O həmçinin vurğulayıb ki, “elə bir kilsə qaydası yoxdur ki, bir şəxs Allahın adı ilə yalan and içib, Katolikos kimi vəzifədə qala bilsin”.
Qeyd edək ki, Ermənistanda son dövrlər Baş nazir Nikol Paşinyan və Erməni Apostol Kilsəsi arasında münasibətlər gərginləşib. Qarşıdurmaya səbəb arxiyepiskop Baqrat Qalstyanın hökumətə qarşı sərt tənqidləri olub. O, baş naziri tez-tez mənəvi və şəxsi keyfiyyətlərinə görə ictimaiyyət qarşısında sorğulayıb.
Nigar Rəhimova
20:48 03.06.2025
Oxunuş sayı: 1218