15 milyard funtluq hazırlıq: “İngiltərə Rusiya ilə buz müharibəsinə girəcək”

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov İngiltərənin nüvə silahlarının Rusiya ilə mümkün qarşıdurmada əhəmiyyətli rol oynamayacağına inandığını bildirib.
Puşkov İngiltərədəki bütün siyasi qüvvələrin Rusiya ilə müharibəyə hazırlaşdığını qeyd edərək, ölkənin ABŞ, Rusiya və Çin kimi “böyük geosiyasi üçlük” səviyyəsinə çatmaq şansının olmadığını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, “Kommerstant” qəzetində dərc olunan xəbərə görə, Puşkov bu fikirlərini İngiltərənin yeni Strateji Müdafiə İcmalının yayımlanması fonunda bildirib. Sənəddə 12 ədəd nüvə sualtı qayığının inşası və döyüş başlıqlarının istehsalı üçün 15 milyard funt ayrılması nəzərdə tutulur.
Senator, Telegram kanalında yazdığı şərhdə “İngiltərə Rusiya ilə uzunmüddətli bir ‘buz müharibəsi’ planlaşdırır. Əslində İşçi Partiyası ilə neoliberal enternasyonalın bir parçası olan Mühafizəkarlar arasında heç bir fərq yoxdur”, - deyə qeyd edib.
Puşkovun fikrincə, həm 12 nüvə sualtı qayığı, həm də dörd strateji sualtı qayıq, potensial baş nazir Keir Starmer-in onu hakimiyyətə gətirən “kollektiv Soros”, hərbi bürokratiya, militarist dairələr və hərbi-sənaye kompleksi qarşısında hesabat verməsi üçün nəzərdə tutulub.
İngiltərənin Müdafiə naziri Con Hili ötən gün Strateji Müdafiə İcmalının dərc olunduğunu elan edərək, dövlətin Rusiya ilə müharibə aparmaq qabiliyyətini gücləndirmək məqsədilə hərbi-sənaye kompleksini inkişaf etdirməyi planlaşdırdığını açıqlayıb.
Mədinə Cəlilova
22:45 02.06.2025
Oxunuş sayı: 1428