Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gəlib

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Danışıqlar aparan qrup İstanbula gəlib", - agentliyin mənbəsi deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də Ukraynaya böhranın səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı memorandum təqdim etməyə hazırdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, hazırda əsas məsələ birbaşa danışıqlar prosesini davam etdirməkdir.
İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Umerov İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.
22:38 01.06.2025
Oxunuş sayı: 1208