KİV: Ukrayna Rusiya hərbi aviabazalarına hücumları barədə ABŞ-ni əvvəlcədən xəbərdar edib

Ukrayna Rusiyanın hərbi hava bazalarına pilotsuz uçuş aparatları ilə hücumu barədə ABŞ-yi əvvəlcədən məlumatlandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Vurğulanıb ki, əməliyyat Ukrayna təhlükəsizlik xidməti tərəfindən həyata keçirilib və bir ildən çoxdur planlaşdırılıb.
Qeyd edək ki, Kiyev bir neçə bazada onlarla strateji bombardmançı təyyarəni hədəfə alaraq Rusiya ərazisinə misli görünməmiş zərbələr endirib.
Artıq Rusiya Müdafiə Nazirliyi ölkənin Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara Ukraynanın PUA-lar ilə zərbələr endirdiyini təsdiq edib.
20:26 01.06.2025
Oxunuş sayı: 1564