İran BAEA-nın bəyanatını “qərəzli və əsassız” adlandırıb

Bu gün İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İran hökumətinin nüvə proqramı ilə bağlı son hesabatını “qərəzli və əsassız ittihamların təkrarı” kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bəyanata görə, Qrossinin hesabatı Tehranın beynəlxalq agentliklə əməkdaşlığının əsl səviyyəsini əks etdirmir və onun hazırlanmasında “saxta İsrail sənədlərindən” istifadə edilib. İran tərəfi vurğulayıb ki, bu hesabat BAEA-ya təzyiq yolu ilə siyasi məqsədlər üçün hazırlanıb və baş direktorun səlahiyyətləri çərçivəsindən kənara çıxır.
Qeyd edək ki, dünən BAEA İranın əvvəllər bəyan edilməmiş üç obyektdə gizli nüvə fəaliyyətləri həyata keçirdiyini açıqlamışdı.
18:49 01.06.2025
Oxunuş sayı: 1138