ABŞ İrana yenilənmiş nüvə sazişi təklif edib

Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof İrana yenilənmiş nüvə razılaşması üçün ətraflı və məqbul təklif təqdim edib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Levittin sözlərinə görə, bu təklifi qəbul etmək İranın maraqlarına uyğundur. Təklif, İranın bütün uran zənginləşdirmə fəaliyyətlərini dayandırmasını nəzərdə tutur.
Son həftələrdə İran rəsmiləri bu çağırışlara rədd cavabı verərək, nüvə yanacağı istehsal etmək hüququndan imtina etməyəcəklərini bəyan ediblər.“Axios” nəşrinin məlumatına əsasən, ABŞ-nin təqdim etdiyi yazılı təklif, danışıqlarda yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədi daşıyır.
Nəşr bildirir ki, təkliflərdən biri ABŞ-nin İranın uranı zənginləşdirmək hüququnu tanıması müqabilində, İranın bu fəaliyyəti daxili miqyasda tam dayandırmasıdır.
Eyni zamanda, ABŞ tərəfindən irəli sürülən başqa bir ideya Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Vaşinqtonun nəzarəti altında regional konsorsiumun yaradılmasıdır. Bu konsorsium yalnız mülki məqsədlərlə uranın zənginləşdirilməsi funksiyasını yerinə yetirəcək.
Mədinə Cəlilova
13:14 01.06.2025
Oxunuş sayı: 1081