Polşa Prezidenti ukraynalıları tənqid etdi: “Qəhrəman saydıqlarınız müharibə cinayətkarlarıdır”

Polşa Prezidenti Anjey Duda Ukraynada ona göstərilən münasibətdən narazılığını bildirib.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı bu barədə ictimai çıxışında danışıb.
O, bəzi ukraynalıların Bandera bayrağının rənglərini əks etdirən sarğılarla onu qarşıladıqlarını və bu davranışın qəbuledilməz olduğunu bildirib.
"Ukraynaya gələndə və Bandera bayrağının rənglərində sarğı taxan insanların məni qucaqlayıb təşəkkür etmələri absurddur. Biz bunu qəbul edə bilmərik" – deyə Prezident qeyd edib.
Polşa lideri vurğulayıb ki, Ukraynanın bəzi dairələrinin Stepan Banderanı qəhrəman kimi təqdim etməsi rəsmi Varşavanın mövqeyinə ziddir:
"Biz heç vaxt razı ola bilmərik ki, siz onları qəhrəman hesab edəsiniz. Onlar bizim üçün sadəcə müharibə cinayətkarlarıdır", – deyə A.Duda əlavə edib.
Xatırladaq ki, S.Bandera II Dünya müharibəsi zamanı Polşaya qarşı törədilən qırğınlarla bağlı məsuliyyət daşıyan Ukrayna millətçi hərəkatının simalarından biridir.
Onun Ukraynada bəzi çevrələr tərəfindən qəhrəman kimi qəbul edilməsi iki ölkə arasında zaman-zaman gərginliyə səbəb olub.
02:26 01.06.2025
Oxunuş sayı: 1120