Ərəb liderlərindən Trampa xəbərdarlıq: “İrana zərbə regionu alovlandıra bilər”

Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ABŞ prezidenti Donald Trampın son Yaxın Şərq səfəri zamanı İranla bağlı narahatlıqlarını açıq şəkildə ifadə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ərəb liderləri Trampın İranın nüvə obyektlərinə qarşı mümkün hərbi zərbə planına qarşı çıxıblar.
Onlar bu cür hücumun Tehran tərəfindən cavab zərbələri ilə nəticələnəcəyindən və region ölkələrinin hədəfə çevrilə biləcəyindən ciddi narahatlıqlarını dilə gətiriblər.
Xüsusilə Səudiyyə Ərəbistanı və Qətər rəsmiləri İsrailin İrana qarşı potensial hərbi əməliyyatlarının bölgədəki sabitliyi təhlükə altına ala biləcəyini vurğulayıblar.
Eyni zamanda, “Axios”un məlumatına görə, Tramp administrasiyası “Fars körfəzi” ifadəsi əvəzinə “Ərəb körfəzi” terminindən istifadə etməyi planlaşdırsa da, bu bəyanatın regionda əlavə gərginlik yaradacağı ehtimalını nəzərə alaraq son anda qərarından geri çəkilib.
21:30 31.05.2025
Oxunuş sayı: 1921