Səudiyyə kralından Tehrana təcili xəbərdarlıq: “Trampın təklifini qəbul edin”

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz bölgədə artan gərginlik fonunda İrana xəbərdarlıq xarakterli mesaj ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kral regional vəziyyətin nəzarətdən çıxmasından narahat olaraq, müdafiə naziri və oğlu Şahzadə Xalid bin Salmanı təcili şəkildə Tehrana göndərib.
Şahzadə, İranın ali rəhbəri Əli Xamenei ilə görüşündə ABŞ Prezidenti Donald Trampın bölgədə müharibənin qarşısını almaq məqsədilə irəli sürdüyü təklifin qəbul edilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.
Tehranda Prezident Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə keçirilən qapalı görüşdə isə o, Trampın uzunmüddətli və nəticəsiz danışıqlara səbir göstərməyəcəyinə dair ciddi xəbərdarlıq edib.
Şahzadə əlavə edib ki, Trampın təklifinin qəbul edilməsi, nəticəsiz danışıqlardan və mümkün İsrail hücumundan daha az təhlükə daşıyır.
20:39 31.05.2025
Oxunuş sayı: 1250