Məxfi hesabat: İran gizli nüvə proqramı həyata keçirib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına görə, İran bəyan edilməmiş materiallardan istifadə edərək gizli nüvə proqramı həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb – bu da 24 kiçik nüvə bombası üçün kifayətdir.
AEBA bildirib ki, bu miqdarda yüksək zənginləşdirilmiş uranın yığılması ciddi narahatlıq doğurur və İranın nüvə proqramının yalnız dinc məqsəd daşıdığına zəmanət verilə bilməz.
18:39 31.05.2025
Oxunuş sayı: 1257