Keçmiş müşavir Trampın Rusiya- Ukrayna müharibəsi ilə bağlı fərqli mövqeyinin əsl səbəbini açıqladı

Bu sözləri ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
Crossmedia.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton “El Pais" qəzetinə verdiyi müsahibədə bildirib ki, Tramp Ukrayna mövzusundan özünün Nobel Sülh Mükafatı uğrunda apardığı mübarizədə dəyiş-düyüş aləti kimi istifadə edir.
Boltonun sözlərinə görə, Tramp sürətli nəticə əldə etmək naminə diqqətini başqa bir münaqişəyə – məsələn, Yaxın Şərqə və ya Hindistanla Pakistan arasındakı gərginliyə yönəldə bilər.
Keçmiş müşavir əlavə edib ki, Tramp artıq üçüncü dəfə seçkilərə qatılmayacağına görə qərarlarının siyasi nəticələri onu maraqlandırmır: “O, nə respublikaçılar, nə də seçkilər barədə düşünür – yalnız tarixə necə düşəcəyini hesablayır".
Pərvin Hacıyeva
23:25 30.05.2025
Oxunuş sayı: 877