Almaniyanın XİN rəhbəri: “Nüvə silahına sahib Rusiya üzərində tam qələbə mümkün deyil”

Nüvə silahına sahib olan Rusiya üzərində tam qələbə mümkün görünmür və bu səbəbdən münaqişənin diplomatik yolla sona çatması qaçılmazdır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Suddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə deyib.
Y.Vadeful, Almaniyanın Rusiya ilə “hibrid müharibə” vəziyyətində olub-olmaması ilə bağlı suala cavabında bildirib ki, mövcud vəziyyəti dinc hal kimi qiymətləndirmək olmaz, məsələyə həm hüquqi, həm də siyasi baxımdan yanaşmaq vacibdir.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu iyunun 2-də İstanbulda keçiriləcək. Görüşdə atəşkəslə bağlı memorandum layihəsinin təqdim olunacağı gözlənilir.
Aybəniz Səfərova
21:26 30.05.2025
Oxunuş sayı: 1055