Rusiya XİN rəsmisi: “Danışıqların ikinci raundu üçün İstanbula gedirik”

Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Medinski İstanbul görüşündə atəşkəslə bağlı memorandum layihəsi və digər diplomatik təklifləri təqdim edəcək.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında ilk birbaşa görüş mart ayında baş tutmuşdu.
İstanbulda keçiriləcək ikinci raundun nəticələri və təqdim olunacaq sənədlərlə bağlı əlavə açıqlamaların yaxın günlərdə verilməsi gözlənilir.
Aybəniz Səfərova
21:12 30.05.2025
Oxunuş sayı: 1167