Taliban və Pakistan arasında silahlı toqquşma baş verib

Pakistan hərbçiləri ilə "Taliban" hərəkatının üzvləri arasında Əfqanıstanın Hilmand vilayətində silahlı qarşıdurma qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, insident Pakistanda yeni nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda baş verib.
Hadisə ilə bağlı əlavə detallar barədə məlumat verilməyib.
00:30 30.05.2025
Oxunuş sayı: 1023