Polşa və Almaniya Rusiyanın mümkün hücumuna qarşı ilk müdafiəni təşkil edəcək

Moskvanın Ukraynaya qarşı davam edən aqressiyası və Rusiya ilə qarşıdakı illərdə silahlı toqquşma ehtimalı NATO-nu hərbi planlarını yenidən nəzərdən keçirməyə məcbur edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, NATO üzvü olan ölkələrin müdafiə nazirləri alyansın qoşun və silahlanma sayını artırmağı müzakirə edirlər. Planlara əsasən, alyans daxilində briqadaların sayı təxminən 1,5 dəfə artırıla bilər.
Reuters-in məlumatına görə, mümkün Rusiya hücumu zamanı ilk müdafiə xəttini təşkil edəcək əsas qüvvələri Polşa və Almaniya təmin etməlidir.
Belə ki , bu qərar NATO-nun Şərq cinahını gücləndirmək və kollektiv müdafiəni təmin etmək istiqamətində atdığı addımların bir hissəsidir.
Fatimə Məmmədova
18:44 29.05.2025
Oxunuş sayı: 737