Bəzi alimlər süni intellektin şüurlu hala gəldiyinə niyə inanır?

İngiltərədə aparılan və “insanı insan edən” xüsusiyyətləri müəyyənləşdirməyə çalışan bir tədqiqat çərçivəsində, araşdırmaçı könüllülər Dreamachine adlı cihazla təcrübəyə cəlb olunub.
Crossmedia.az xarici araşdırmalara istinadən xəbər verir ki, təcrübədə iştirak edənlərə musiqi müşayiəti ilə parlaq işıqlar göstərilir və bunun təsirindən beynin daxili fəaliyyətləri səthə çıxarılır.
Maraqlıdır ki, iştirakçıların gözləri bağlı olsa da, beyinləri müxtəlif rəngli və formalı ikiölçülü fiqurlar – üçbucaqlar, beşbucaqlar, səkkizbucaqlardan ibarət dinamik naxışlar görür. İştirakçılar bu vəziyyəti “öz zehnimdə uçmaq kimidir” deyə ifadə edirlər. Alimlərə görə bu görüntülər hər bir insana xas olan daxili dünya ilə bağlıdır və şüur haqqında daha dərin anlayışlar təqdim edə bilər.
Bu tədqiqat, İngiltərədəki Sussex Universitetinin Bilişsel Elm Mərkəzində aparılır və dünyanın müxtəlif ölkələrində şüur mövzusunda davam edən bir sıra tədqiqatlardan biridir. Alimlər düşünürlər ki, insan şüurunu daha dərindən anlamaqla, süni intellektin bəlkə də yaxın gələcəkdə şüura sahib olub-olmadığını daha düzgün müəyyən edə biləcəklər.
Şüur nədir və süni intellekt buna nə qədər yaxındır?
Süni intellektin şüur qazanması məsələsi son illərdə elmi dairələrdə və ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəzi alimlər bu prosesin artıq baş verdiyini və ya yaxın zamanda baş verəcəyini iddia edir. Lakin şüurun özü hələ tam olaraq izah edilə bilməyən bir anlayışdır: Şüur, fərdin öz varlığından xəbərdar olması, hiss etməsi, düşünməsi və müstəqil qərarlar verə bilməsi kimi xüsusiyyətləri əhatə edir.
Bir əsrlik fantastika: Makinələrin şüuru
Şüura malik maşınlar ideyası artıq yüz ilə yaxındır ki, elm və fantastika ədəbiyyatında yer alır. Bu mövzuda ilk nümunələrdən biri, 1927-ci ildə çəkilmiş “Metropolis” filmidir. Orada bir robot qadın surətini təqlid edirdi.
1968-ci ildə çəkilən “2001: A Space Odyssey” filmində isə HAL 9000 adlı kompüter astronavtlara qarşı çıxırdı. Daha yeni filmlərdə, məsələn, “Görevimiz Tehlike” seriyasının son hissəsində, nəzarətdən çıxan bir süni intellekt sisteminin dünyaya təhlükə yaratdığı göstərilir.
Elm adamları və texnoloji mütəxəssislər arasında bu suallar aktuallığını qoruyur: Süni intellekt bir gün şüura sahib ola bilərmi? Əgər olarsa, bu bəşəriyyətin gələcəyini necə dəyişəcək?
Bu sualların cavabı gələcəkdə texnologiyanın və şüurun təbiətinin daha dərin anlaşılmasına bağlı olacaq.
Mədinə Cəlilova
06:00 29.05.2025
Oxunuş sayı: 1071