Almaniya hökuməti miqrasiya qaydalarını sərtləşdirən 2 qanun layihəsini təsdiqləyib

Almaniya hökuməti miqrasiya sahəsində sərtləşdirmə nəzərdə tutan iki qanun layihəsini təsdiqləyib. Həmin layihələr yaxın günlərdə Federal Məclisdə (Bundestaq) müzakirəyə çıxarılacaq və səsverməyə təqdim olunacaq.
Crossmedia.az Almaniya mətbuatına istinadən xəbər verir, yeni qanun layihələrinin əsas məqsədi qeyri-qanuni miqrasiyanın qarşısını almaq və miqrasiya proseslərini daha nəzarətli şəkildə idarə etməkdir. Təsdiqlənən sənədlər miqrantların ölkəyə giriş, sığınacaq alma və ölkədən çıxarılma prosedurlarında ciddi dəyişiklikləri nəzərdə tutur.
Qanun layihələrinin detallarının parlament müzakirələri zamanı açıqlanacağı gözlənilir. Hökumət, bu addımı Almaniyadakı miqrasiya yükünün azaldılması və ictimai nizamın qorunması məqsədilə atdığını bildirib.
Mədinə Cəlilova
23:00 28.05.2025
Oxunuş sayı: 1333