İsrail ordusu yardım növbəsində dayanan mülki şəxslərə atəş açdı

İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində humanitar yardım almaq üçün toplaşan mülki şəxslərə atəş açıb.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfərin həlak olduğu, 60-dan çox insanın isə yaralandığı bildirilir.
Məlumata görə, yardım almaq ümidi ilə toplaşan insanlar Amerika-İsrail şirkəti tərəfindən idarə olunan paylama məntəqəsinə yönləndirilmişdi.
Belə ki, İsrail ordusu qəfil yardım növbəsində gözləyən mülki şəxslərə atəş açıb.
Beynəlxalq humanitar təşkilatlar insidentlə bağlı ciddi narahatlıqlarını ifadə edərək, dərhal araşdırma aparılması və bölgədə atəşkəsə əməl olunması ilə bağlı çağırışlar ediblər.
Qeyd edək ki, Rəfah şəhəri hazırda İsrailin intensiv hərbi əməliyyatlar apardığı ərazilərdən biridir.
Aybəniz Səfərova
17:49 28.05.2025
Oxunuş sayı: 1172