New York Times: “İsrail İrana qəfil hücuma hazırlaşır”

İran və ABŞ arasında nüvə müzakirələrinin altıncı raundunun keçiriləcəyi, ancaq tarixin hələ müəyyən edilmədiyi bir vaxtda Amerika və Avropa rəsmiləri İsrailin əvvəlcədən xəbərdarlıq etmədən İrana hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər.
Crossmedia.az “The New York Times” qəzetinin yazdığına istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri göstərir ki, İsrail baş naziri Benyamin Netanyahu onu dayandırmaq üçün təzyiqə məruz qalmasa da, İsrail cəmi 7 saat ərzində Tehrana hücum etməyə hazırlaşa bilər.
Bu kontekstdə İsrail rəsmiləri hesab edir ki, İsrailin İrana hərbi hücumu halında Vaşinqtonun Təl-Əvivi dəstəkləməkdən başqa yolu qalmayacaq. İsrail rəsmiləri həmçinin bildiriblər ki, Tehran və Vaşinqton arasında uğurlu diplomatik razılaşma əldə edildikdən sonra da Netanyahu hücum əmrini verə bilər.
14:00 28.05.2025
Oxunuş sayı: 1136