İran Milli Təhlükəsizlik Şurasının sədri Putinin köməkçisi ilə görüşüb

Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Moskvaya səfəri çərçivəsində Rusiya prezidentinin xüsusi köməkçisi Nikolay Patruşevlə bir araya gəlib.
Crossmedia.az bu barədə “Tasnim News”-a istinadən xəbər verir.
Məlumata görə, tərəflər iki ölkə arasında ən mühüm razılaşmaların və əməkdaşlığın həyata keçirilməsinin gedişatını nəzərdən keçirib, eləcə də Tehran və Moskvanın ikitərəfli münasibətləri inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
Görüşdə beynəlxalq Şimal-Cənub dəhlizində ikitərəfli əməkdaşlığa toxunulub, siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində geniş spektrli məsələlər müzakirə edilib.
10:40 28.05.2025
Oxunuş sayı: 1177