Donetsk bölgəsinə yay hücumu Rusiyanın əsas diqqət mərkəzindədir

The Washington Post-un məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi sülh səylərinə baxmayaraq, Rusiya Donetsk bölgəsində yay hücumunu artıq effektiv şəkildə başlayıb. Ekspertlər hesab edir ki, hücumun əsas məqsədi Ukrayna qüvvələrini cəbhə xətti boyunca, xüsusilə Sumı və Xarkov ərazilərində sıxışdırmaqdır. Lakin əsas döyüşlər demək olar ki, bir ildir Pokrovsk və Konstantinovka istiqamətlərində cəmlənib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Konstantinovka hələ də tam yıxılmayıb, amma Rusiya üçün bu şəhər “perspektivli hədəf” sayılır, çünki üç istiqamətdən hücum etmək imkanı var.
Ayhan Ağarzayev
23:29 27.05.2025
Oxunuş sayı: 1099