İrəvan meriyasında korrupsiya əməliyyatı: Saxlanılanlar var

Ermənistanın Antikorrupsiya Komitəsi İrəvan meriyasında növbəti dəfə istintaq hərəkətləri aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat tədbirləri çərçivəsində bələdiyyənin iki keçmiş işçisi də daxil olmaqla bir neçə nəfər saxlanılıb.
İstintaq hərəkətlərinin korrupsiya işi üzrə təhqiqat çərçivəsində aparıldığı bildirilir. Təfərrüat açıqlanmır.
22:36 27.05.2025
Oxunuş sayı: 1232