Çində kimya zavodunda güclü partlayış baş verib

Çinin şərqində yerləşən "Shandong Youdao Chemical" şirkətinə məxsus kimya zavodunda güclü partlayış baş verib.
Bu barədə Crossmedia.az "South China Morning Post"a istinadən xəbər verir.
Hadisə nəticəsində xəsarət alanların və ya həlak olanların sayı hələlik məlum deyil. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir, partlayışın səbəbləri araşdırılır.
Qeyd edək ki, adıçəkilən zavod dünyada pestisid xlorpirifos istehsal edən aparıcı müəssisələrdən biridir.
Müəssisənin illik istehsal gücü təxminən 11 min ton təşkil edir.
22:15 27.05.2025
Oxunuş sayı: 1103