Vaşinqtondan Tehrana sürpriz təklif: Səudiyyə ilə uran zavodu qurun!

ABŞ administrasiyası İrana Səudiyyə Ərəbistanı ilə birlikdə Fars körfəzində yerləşən adalardan birində birgə uran zənginləşdirmə mərkəzi yaratmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, təklif olunan mərkəz ABŞ-ın nəzarətində fəaliyyət göstərəcək.
Qeyd olunur ki, bu təklifin məqsədi regionda nüvə proqramları ilə bağlı gərginliyi azaltmaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
21:13 27.05.2025
Oxunuş sayı: 889