Fransa Ermənistana "sarsılmaz dəstək" vəd edir

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ermənistana səfəri çərçivəsində İrəvanda keçirilən mətbuat konfransında iki ölkə arasında strateji tərəfdaşlığın rəsmiləşdiriləcəyini bəyan edib.
Crossmedia.az-ın xarici mənbəyə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, bu səfər Fransanın Ermənistana hərtərəfli və davamlı dəstəyinin növbəti təsdiqidir: “Fransa Prezidenti Emmanuel Makronun istədiyi kimi, bu dəstək sabit, hərtərəfli və sarsılmaz olmalıdır”, - deyə Barrot vurğulayıb.
O, həmçinin Fransa hökumətinin Ermənistanla Sülh Sazişi istiqamətində atılan addımları dəstəklədiyini diqqətə çatdırıb:
“Çətin danışıqlardan sonra əldə edilmiş Sülh Sazişinə dəstək vermək əsas məqsədlərimizdəndir. Artıq bu sənədi imzalamaq və ratifikasiya etmək vaxtıdır. Fransa, ABŞ və Avropa buna hazırdır və gözləyir”, - nazir qeyd edib.
Barrot əlavə edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə hazırlanan strateji tərəfdaşlıq layihəsi yaxın vaxtlarda rəsmiləşdiriləcək.
Onun sözlərinə görə, bu sənəd gələcək onilliklərə hesablanan əməkdaşlıq proqramlarını, o cümlədən müdafiə sahəsini də əhatə edəcək.
21:36 26.05.2025
Oxunuş sayı: 1170