Almaniyada məcburi hərbi xidmət bərpa edilir

Almaniya Müdafiə Nazirliyi ölkədə hərbi xidmətin yalnız könüllü əsaslarla davam etdirilməsinin mümkünlüyünü araşdırır.
Crossmedia.az xəbər verir ki, müdafiə naziri Boris Pistorius məsələ ilə bağlı açıqlamasında bildirib:
“Bizim modelimiz ilkin olaraq könüllü iştiraka əsaslanır. Amma elə bir məqam gəlsə ki, könüllülərdən daha çox yerimiz boş qalarsa, o zaman biz məcburi xidməti tətbiq etmək qərarına gələ bilərik".
Nazirliyin bu istiqamətdə konkret addımları 2026-cı ildən etibarən atması nəzərdə tutulur.
04:28 26.05.2025
Oxunuş sayı: 521