“Qərbin müdaxilə dövrü bitdi” – ABŞ-dan Suriyanın gələcəyinə fərqli baxış

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak Yaxın Şərqdə Qərbin müdaxilə siyasətinə son verildiyini və Suriyanın gələcəyinin region ölkələri ilə birgə inşa ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, diplomat bu fikirləri Ər-Riyadda keçirilən tədbirdə prezident Donald Trampın çıxışına istinadla səsləndirib.
“Yüz il əvvəl Qərb karandaşla sərhədlər çəkdi, xarici hökmranlıq yaratdı. Sayks-Pikot sazişi Suriyanı və bölgəni sülhdən çox imperiya maraqları üçün böldü. Bu səhv nəsillərə baha başa gəldi. Bu, bir daha təkrarlanmayacaq. Qərbin müdaxiləsi dövrü bitdi”, – deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, gələcək regional həllər qarşılıqlı hörmətə əsaslanacaq: “Bu dəfə Suriya xalqının yanında olaraq, sanksiyaları aradan qaldırmaqla onlara rifah və təhlükəsizlik yolunu açırıq”.
Aybəniz Səfərova
03:42 26.05.2025
Oxunuş sayı: 577