Trampın müşavirindən Rusiyaya sərt mesaj: “Dərhal atəşi dayandırın!”

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynadakı mülki əhalinin hədəfə alınmasına sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, o, “X” sosial platformasında Kiyevdə raket zərbələri nəticəsində yanan binaların fotosunu paylaşaraq bildirib:
"Bu, Kiyevdir. Qadın və uşaqların gecələr evlərində ayrı-seçkilik etmədən öldürülməsi, günahsızların müdafiəsi üçün nəzərdə tutulmuş 1977-ci il Cenevrə Sülh Protokollarının açıq şəkildə pozulmasıdır. Bu hücumlar utancvericidir. Dərhal atəşi dayandırın".
Qeyd edək ki, Cenevrə Protokolları mülki şəxslərin silahlı münaqişələr zamanı qorunmasını təmin edən beynəlxalq hüquq sənədləridir.
Aybəniz Səfərova
23:52 25.05.2025
Oxunuş sayı: 559