ABŞ-da üç məscidə hücum edilib

ABŞ-ın Texas ştatının Ostin şəhərində eyni gecə üç müsəlman dini mərkəzinə – Nueces məscidi, İslam Əhli-Beyt Dərnəyi (IABA) və Ostin Dini İşlər Mərkəzinə hücum edilib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hücum zamanı məscidlərin giriş lövhələri və divarlarına yəhudi xalqının qoruyucusu və güclü inancını təmsil edən dini simvol - Davud Ulduzu çəkilib.
Amerika-İslam Münasibətləri Şurası (CAIR) hadisələri planlı nifrət cinayəti kimi qiymətləndirib.
Nueces məscidinin rəsmisi Revand Abdulqəni artan islamofobiya və anti-immiqrant əhval-ruhiyyəsinin narahatlıq doğurduğunu bildirib.
Hücumla bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları məlumat verilməsi üçün vətəndaşlara müraciət edib.
23:35 25.05.2025
Oxunuş sayı: 407