Tramp Ukrayna ilə Putin arasında görüşün keçirilməsini tələb etdi

ABŞ-ın prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna arasında Türkiyədə görüşün keçirilməsini təklif edib və Kiyev rəhbərliyini bu təşəbbüsə dərhal razılıq verməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, Putin atəşkəs razılaşması imzalamaq niyyətində deyil, lakin bu həftənin cümə axşamı Türkiyədə keçiriləcək görüşdə qanlı münaqişənin dayandırılması imkanlarını müzakirə etmək istəyir. Tramp hesab edir ki, Ukrayna bu görüşə dərhal razılıq verməlidir:
“Ukrayna buna DƏRHAL razılıq verməlidir. Ən azı bu görüş vasitəsilə müəyyən etmək olar ki, razılıq əldə etmək mümkündür, ya yox. Əgər bu mümkün deyilsə, Avropa liderləri və ABŞ nəyin baş verdiyini anlayacaq və uyğun şəkildə hərəkət edə biləcək!”
Tramp əlavə edib ki, artıq Ukraynanın Putinin təkliflərinə müsbət yanaşacağına şübhə edir. Onun sözlərinə görə, Rusiya prezidenti hazırda İkinci Dünya müharibəsindəki qələbəni qeyd etməklə məşğuldur: “Bu qələbə ABŞ olmadan mümkün olmazdı. Görüş keçirilməlidir, dərhal!!!” — deyə Tramp paylaşımında vurğulayıb.
Fatimə Nəbiyeva
10:05 12.05.2025
Oxunuş sayı: 660